Bir müddət öncə koronavirusa yoluxduğunu açıqlayan Əməkdar artist Könül Kərimova sosial şəbəkədə yeni şəkillərini paylaşıb.
Lent.az-ın məlumatına görə, ifaçının fotolarına fotoşopla effekt verməsi izləyicilərin diqqətindən yayınmayıb. Müğənnini buna görə tənqid ediblər.
Könül səhhəti ilə bağlı açıqlama da verib: “Hər qaranlıq gecənin bir işıqlı sabahı da varmış. Çox şükür bu günümüzə. Özünüzü qoruyun. Hər dəqiqənin, hər saniyənin qədrini bilin”.