Rusiyalı müğənni Filipp Kirkorov Alla Puqaçova və Maksim Qalkini müdafiə elədiyinə görə incidildiyini deyib.
Lent.az-ın məlumatına görə, Primadonnanın keçmiş əri Alla Puqaçova və Maksim Qalkinə qarşı mənfi fikirlərə etiraz etdiyinə görə əziyyət çəkdiyini bildirib.
“Mən Alla ilə 10 il evli olmuşam. Maksim Qalkinlə dost deyildim. Yollarımız ayrılsa da, Alla ilə dost qalmışıq. Onun yaşına və statusuna hörmət etməyənlər mənimlə haqq - hesab çəkir. Alla mənim doğmamdır”,- deyə o bildirib.