Müğənni Kərim Abbasov teleproqramlardan birində həmkarları haqqında danışanda əsəbiləşib.
Müğənni “Faytonçu” ləqəbi ilə məşhurlaşan ifaçı Nazim Pişyarinin eqoist və paxıl olduğunu deyib: “Nazimin mənfi cəhətləri var, eqoist, özünü sevən və paxıl” adamdır.
O, həmkarı Zamiq Hüseynov haqqında verilən suala görə də əsəbiləşib. Həmkarının şəklini efirdə görən Kərim deyib:
“Ona heç vaxt barışıq əli uzatmaram. Bu şəxs ağzının danışığını bilmir. Haqqımda mənfi rəylər danışır. Mən onun haqda danışsam, gərək çamadanını götürüb ölkədən çıxsın. Əsəb keçirirəm. Rədd eləyin, onun şəklini gözümün önündən”.