Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə onu tənqid edən izləyicilərinə status yazıb.
Lent.az-ın məlumatına görə, ifaçı statusunda bu sözləri qeyd edib:
"Öz həyatınızı yaşayın. Başqasının həyatında axtardığınız ayıblar, əslində öhdəsindən gələ bilmədiyiniz ayıblarınızdır. Öz uğursuzluqlarınızı başqalarına qusmayın. Mən insanlarda gözəllik axtarıram. Ən pis insan olsa belə. Buna görə də Allahıma minnətdaram. Qəlbinizdən nifrəti, paxıllığı silin. Onda qəlbiniz sevgi, mərhəmət, qayğı ilə dolacaq".