Tanınmış türkiyəli müğənni İbrahim Tatlısəsin bu yaxınlarda əkiz nəvələri dünyaya gəlib.
Lent.az xəbər verir ki, müğənninin oğlu İdo Tatlısəs və Yasemin Şefkatlının körpələri tam sağlam doğulub. Ancaq sonradan onlardan birinin ürəyində problem yaranıb.
9 nəvəsi olan İbrahim Tatlısəs xəstəxanaya onlara baş çəkməyə gedib. Daha sonra məşhur müğənni İnstaqram hesabında əkiz nəvələri ilə bağlı paylaşım edib. Belə ki, o, nəvələrindən birinin ürəyində problem olduğunu açıqlayıb və pərəstişkarlarından dua istəyib.
“Balaca Tatlısesimiz üçün hər kəsdən dua diləyirəm. Əkizlərdən birinin ürəyində problem var. İnşallah balaca üçün edilən dualarımız işi asanlaşdırar. Allah onları bizə çox görməsin. Amin. Dua edən hər kəsdən Allah razı olsun!", - deyə müğənni bildirib.
Qeyd edək ki, müğənni İdo Tatlısəs əkizlərdən birinə atasının adını verib.