Müğənni İbrahim Borçalı qızını xəstəxanaya yerləşdirib.
Lent.az-ın xəbərinə görə, ifaçı bildirib ki, qızının burnunda olan problemlərə görə həkimə müraciət etməli olub:
“Həkim çox sağ olsun, qızımın burnunu əməliyyat etdi. İndi yaxşıdır, özünü yaxşı hiss edir”.
İ.Borçalı bundan öncəki açıqlamasında bildirmişdi ki, özünün sağlamlığında problemlər yaranıb:
“Şəkər xəstəsi oldum. Başımda nəsə var. Heç müayinəyə də getmirəm. Deyirəm, nə olacaqsa olsun. Əsəb və stresslə əlaqədardır. Yaşadıqlarım mənə dözümlülük verdi. Bəzən ağlamaq istəyirəm, amma özümü saxlayıram, ağlamıram”.