“Huysuz Virjin”in 15 milyonluq mirası kimə qaldı?
24 may 2023 11:22 (UTC +04:00)

“Huysuz Virjin”in 15 milyonluq mirası kimə qaldı?

“Huysuz Virjin” adıyla tanınan məşhur şoumen Seyfi Dursunoğlu 3 il öncə vəfat edincə 15 milyon lirəlik mirasnın kimə qalacağı mövzusu çox müzakirə olunmuşdu.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ömrü boyu tək yaşamış şoumenin mirasına qardaşı uşaqları sahib çıxmaq istəsələr də, onun sağlığında yazdığı vəsiyyətə əsasən bütün mal və mülkünün təhsil dərnəklərindən birinə verildiyi məlum olmuşdu.

Seyfi Dursunoğlunun yaxın qohumları Cemal Erhan Sydam və Evren Saydam təhsil dərnəyini məhkəməyə verərək, əmilərinin mülkünə sahiblənmək üçün iddia qaldırmışdılar. Seyfi Dursunoğlu vəsiyyətini yaxın dostu Garabet Baltaoğlunun şahidliyi ilə yazsa da, qohumlar şahidin çox qoca olduğunu və psixoloji  xəstəliklərini əsas gətirərək, vəsiyyətin keçərsiz olduğunu sübut etmək üçün məhkəməyə müraciət etmişdilər. 

Dünən məhkəmə son qərarını açıqlayıb. Seyfi Dursunoğlunun mirasçısı vəsiyyətdə qeyd edildiyi kimi Çağdaş Yaşamı Dəstəkləmə təhsil dərnəyi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar