Hollivudun ən uzun boylu  aktyorları
12 may 2025 17:01 (UTC +04:00)

Hollivudun ən uzun boylu aktyorları

Kino sənayesində boy həm üstünlük, həm də çətinlik ola bilər. Lakin bu aktyorlar üçün uzunboyluluq onların xarizmasının və ekran obrazlarının ayrılmaz hissəsinə çevrilib.

Lent.az Hollivudun həm istedadı, həm də təsiredici fiziki görünüşü ilə seçilən altı ulduzunu təqdim edib.

Bred Garet (203 sm)

Bred Garet karyerasına stand-up komediyaçı kimi başlayıb və bir şouda əsas mükafat – 100 min dollar qazanıb. Sonra isə Hollivudda uğurla irəliləyib: əvvəlcə səsləndirmə aktyoru kimi, sonra isə film və televiziya rollarında parlaq çıxışları ilə tanınıb.
Onun ulduzu "Hamı Raymondu sevir" serialındakı qardaş obrazı ilə parlayıb.
Bu rola görə Garet 6 dəfə prestijli "Emmi" mükafatına namizəd olub və 3 dəfə "Ən yaxşı ikinci plan aktyoru" kateqoriyasında qalib gəlib.

Rori MakKann (198 sm)

İnandırıcı boyuna baxmayaraq, Rori MakKannın "Oskar"la təltif olunan rolları olmasa da, o, geniş tanınmış aktyorlardandır. O, "Taxtların Oyunu" serialında sərt, lakin mürəkkəb obrazlı Sandor Klegane – yəni "İt" rolunu canlandıraraq şöhrət qazanıb.
Karyerası ərzində Nikolas Keyc və Dveyn Conson kimi ulduzlarla yanaşı çalışıb.

Dveyn Conson (196 sm)

Hollivudun bu nəhəngi əvvəlcə ailə ənənəsinə sadiq qalaraq peşəkar güləşçi olmağı planlaşdırırdı. Lakin taleyin gətirdiyi imkanlar onu aktyorluğa yönəltdi. O, ilk dəfə böyük ekranda "Mumiyanın qayıdışı" filmində göründü və bu roluna görə dünya rekorduna – debüt roluna görə ən yüksək qonorar alan aktyor kimi – düşdü.

Consonun ən uğurlu layihələri arasında "Forsaj" seriyası, "Cəngəlliyin çağırışı: Cumanji" və "Güllədən sürətli" filmləri var. O, əsasən əzələli qəhrəman – əsgər, idmançı və ya mühafizəçi rollarında çıxış edir.

Ceyson Momoa (193 sm)

Momoa-nın cəlbedici xarici görünüşü ona döyüş və fantastik janrların sevimli aktyoruna çevrilmək imkanı verib. Ən yaddaqalan rolları: "Taxtların Oyunu"ndakı xal Droqo, superqəhrəman Akvamen və "Görmək" serialındakı döyüşçü Baba Voss.

Liam Nison (193 sm)

72 yaşında olmasına baxmayaraq, Liam Nison hələ də fəal şəkildə çəkilişlərə davam edir.
Karyerasının ən parlaq rolu – Stiven Spilberqin məşhur "Şindlerin siyahısı" filmindəki Oskar Şindler obrazı hesab olunur. Sonralar o, "Nyu-York dəstələri", "Həqiqi sevgi", "Ulduz müharibələri: Bölüm I – Gizli təhdid" və digər məşhur filmlərdə də rol alıb.

Ben Afflek (192 sm)

Ben Afflek – ən yüksək gəlirli Hollivud aktyorlarından biridir və eyni zamanda ssenarist, rejissor və prodüser kimi də uğur qazanıb. İlk "Oskar" mükafatını Met Deymonla birlikdə yazdığı "Ağıllı Uill Hantinq" filminin ssenarisi ilə alıb.

Afflekə müxtəlif rollar – hərbçilərdən tutmuş ailə başçılarına və superqəhrəmanlara qədər – həvalə edilir. Lakin onun ifasında təqdim olunan Betmen obrazı uğursuz sayılıb və film bir neçə "Qızıl moruq" anti-mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar