Hollivud ulduzundan maraqlı açıqlama: “Mədəni inqilab eləmişəm”
02 may 2023 12:45 (UTC +04:00)

Hollivud ulduzundan maraqlı açıqlama: “Mədəni inqilab eləmişəm”

Hollivud ulduzu Qvinet Peltrov illər öncə 2 uşağının atası, musiqiçi Kris Martindən ayrılarkən “Onunla şüurlu şəkildə ayrılıq yolunu seçdik” deməklə bir çoxlarını özünə güldürmüşdü.

 Lent.az-ın xəbərinə görə, aktrisanın “şüurlu ayrılıq” ifadəsini lağa qoymuş, ironiya ilə yanaşmışdılar.

“Lakin illər keçdikdən sonra insanlar məni anladı. Bir çoxları küçədə mənə təşəkkür edir, ayrılıq acısını daha rahat keçirdiklərini deyirlər. Şüurlu ayrılıq  ifadəsini insanlara başa salmağımla qürur duyuram. Mədəni inqilab eləmişəm” deyə o bildirib.

2003-cü ildə evlənib, 2014-cü ildə ayrılan Qvinet 2018-ci ildə yenidən ailə qurub. Onun 18 və 17 yaşlarında iki övladı var.

Aktrisa sağlam həyat  tərzini sürür, öz sosial bloqunda insanlara psixoloji dəstək verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar