Məşhur müğənni Beyons mahnısı ilə hit-paradlarda bir nömrəyə çatan ilk qaradərili sənətçi olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, "Texas Hold 'Em" adlı yeni mahnısı “Hot 100”də Jack Harlowun "Lovin on Me" mahnısının arxasında ikinci yerdədir.
Qeyd edək ki, Beyons yeni albomunu fevralın 11-də təqdim edib. Premyeradan qısa müddət sonra "Texas Hold 'Em" və "16 Carriages" sinqlları hər kəsin marağına səbəb olub. Birinci mahnının 19,2 milyon rəsmi yayımı, ikincinin isə 10,3 milyonu var idi.