Müğənni Vəfa Şərivova
24 iyun 2021 10:51 (UTC +04:00)

Müğənni Vəfa Şərivova

Həyat yoldaşından xəyanət görən Vəfa BOŞANDI? - İLK DƏFƏ AÇIQLADI

Müğənni Vəfa Şərifova həyat yoldaşından boşanması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Lent.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə açıqlama yayıb:

“Oxuduğum mahnıları mənim həyatıma aid edirlər. Bunu mənim həyatıma yozanlar, bir az məntiqli olun. Bu mahnıları mən yazmıram, bəstəkar yazır, mən də oxuyuram. Bir də həyat yoldaşımın məni atmasını necə mənə yaraşdırırsınız? Mən atılmağa layiq qadın deyiləm. Biz bir ailəyik, küsərik, barışarıq, amma ayrılmarıq”. 

Xatırladaq ki, V.Şərifova bu ay Lent.az-a müsahibəsində bildirmişdi ki, həyat yoldaşı ona xəyanət edib: Yoldaşım məni sevməsə boşanaram. Əvvəllər deyirdim ki, beş uşağım olsa da, həyat yoldaşım mənə xəyanət etsə, əl qaldırsa, boşanaram. Mənə xəyanət də etdi, əl də qaldırdı, amma boşanmadım. Dözmərəm dediyim hər şeyə dözdüm. Niyə? Çünki istəmirəm ki, uşağım atasız böyüsün. Mən də başqaları kimi o bataqlıqlara düşmək istəmirəm.
Qadınlar hisləri ilə xəyanət edir. Kişilərdə isə fərqlidir. Dost əhatəsinə qoşulurlar, gedib xəyanət edirlər. Məsələn, deyirlər ki, filankəsdən qorxursan? Gəl, sən də bizlə get. Mənim düşdüyüm xəyanət bu idi. Hisləri ilə kiməsə bağlanarsa, sevərsə, mən ondan boşanaram. Çünki hislərim, sevgim mənim üçün dəyərlidir”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17964
avatar

Yalçın UĞUR

Oxşar yazılar