Müğənni İlhamə Qasımova
31 may 2021 18:20 (UTC +04:00)

Müğənni İlhamə Qasımova

Həyat yoldaşı öldü, səhhətində problem yarandı - Azərbaycanlı müğənni

Müğənni İlhamə Qasımova həyat yoldaşının vəfatı barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı "ATV maqazin onlarla” verilişində bildirib ki, həyat yoldaşının itkisi onun səhhətində problem yaradıb:

"Bu haqda danışmaq istəmirəm. Dörd il əvvəl oldu və bitdi. Xəstəlikdən dünyasını dəyişdi. O, vəfat edəndə Azərbaycanda deyildim. Səhnədə də deyildim, həmin vaxt heç kim məni görə bilməzdi. Lazımi qədər vaxtım oldu ki, özümə gəlim. Artıq güclü qadın deyiləm. Elə idim, amma indi deyiləm. Çox güclü gəlmişdim. Amma həyat mənə "stop" komandası verdi. İki əmim, bibim rəhmətə getdi. Qorxmağa başladım. Vaxt var idi, gülüb başqasına güc verərdim, təsəlli olurdum, amma artıq yox. Təskinlik verə bilmirəm. Öz səhhətimdə problemlər yarandı. Rayonda qaldım, dərmanlar içdim. Panik-ataklar keçirirdim".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6534
avatar

Yalçın UĞUR

Oxşar yazılar