Bir müddət öncə həmcinsi ilə sevgili olduğunu açıqlayan "Miss Azerbaijan 2019" gözəllik müsabiqəsinin qalibi Səmra Hüseynova bu dəfə sosial şəbəkədəki paylaşımı ilə müzakirələrə səbəb olub.
Lent.az-ın məlumatına görə, model kafedə əylənən zaman çəkilmiş videosunu instaqramda paylaşıb. Görüntüdə Səmranın alt paltarı görsənib. Buna görə də izləyicilər onu tənqid ediblər.
Qeyd edək ki, S.Hüseynovanın “Ruhunuzun kim olduğundan qorxmayın. Mən biseksualam”, - açıqlaması müzakirələrə səbəb olmuşdu.