Hazal Kaya Bakıya gəlir - QALA GECƏSİ ÜÇÜN
13 yanvar 2022 13:03 (UTC +04:00)

Hazal Kaya Bakıya gəlir - QALA GECƏSİ ÜÇÜN

Türkiyə kinosunun ulduzu Hazal Kaya Azərbaycana gələcək.

Lent.az xəbər verir ki, 21 yanvar saat 19:00-da Bakıda Kayanın iştirakı ilə “Benden Ne Olur?” filminin gala gecəsi keçiriləcək.

Bu filmdə Kaya ilə yanaşı Onur Tuna, Nur Fettahoğlu və digər aktyorlar da çəkilib.

Hazal Kaya “Adını Feriha Koydum” və “Bizim Hikaye” seriallarında çəkildiyi rollara görə Türkiyənin ən məşhur aktrisalarının birinə çevrilib. 2016-cı ildə Worlds Most Beautifuls internet saytı onu dünyanın ən gözəl qadınları arasında beşinci yerə layiq görüb. 

# 3189
avatar

Oxşar yazılar