Türkiyəli aktrisa Hande Erçelin bu dəfəki sevgilisinin kimliyi məlum olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktrisanın bu dəfə Hakan Sabancı ilə münasibətdə olduğu deyilir.
Sosial şəbəkələrdə cütlüyün Əmirqanda bir məkanda əyləndiyi iddia olunur.
Hande Erçel isə sosial şəbəkədə açıqlama verərək eşq iddialarını təkzib edib:
"Hər səhər başqa xəbərlə oyanıram. Həyatımda heç kim yoxdur. Məni öz fantaziya dünyanıza sürükləməyin".