Hadisə “Qalatasaray”ın baş məqşçisi ilə sevgilidir?
16 avqust 2024 19:09 (UTC +04:00)

Hadisə “Qalatasaray”ın baş məqşçisi ilə sevgilidir?

Türkiyə mətbuatında müğənni Hadisə ilə "Qalatasaray"ın baş məşqçisi Okan Buruk arasında eşq yaşanmasına dair iddialar səslənib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, Okan Buruk müğənni Hadisə ilə eşq yaşadığına dair suallara  cavab verməyib. 

Restoranlardan birində kameralara yaxalanan Buruk bu sualın qarşılığında sadəcə gülümsəyib və susub.

Qeyd edək ki, Okan Buruk həyat yoldaşı Nihan Burukdan yeni boşanıb.

“Qalatasaray” fanatı olan Hadisənin adı isə son aylarda Həm Burukla, həm də bir kinorejissorla hallanır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3447
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar