Türkiyəli məşhur müğənni Gülşən yolda qalan maşın səbəbiylə bir müddət dayanacaqdan çıxa bilmədiyinə görə əsəbləşib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sifariş verdiyi paltarları almaq üçün “Nişantaşı” na gələn 47 yaşlı müğənni avtomobilini park edəndə olub.
Çox əsəbiləşən Gülşən bunun acığını yanında olan balaca qızdan və mətbuat mənsublarından çıxıb.
Məşhur müğənni jurnalistlərə “Bəsdir, daha çəkməyin. Mənim yanımda uşaq var. Əldə etdiyiniz görüntü kifayət deyilmi?" deyə üsyan edib.