Türkiyənin məşhur müğənnisi Gülbən Ərgən müzakirələrə səbəb olacaq açıqlama verib.
Lent.az xəbər verir ki, o, jurnalist Buket Aydının proqramında həcixanım olduğunu etiraf edib:
"Qəlb qırmadan yaşayıram. Mən həcixanımam. Beş dəfə Umreyə, bir dəfə Həccə getmişəm. Gənc yaşıma bunu sığdırıb edə bilmişəm. Orada öyrəndiyim ən önəmli şeylərdən biri qəlb qırmamaqdır. Yəni namazını qıldın, orucunu tutdun, çox nümunəvi bir müsəlmansan. Amma bir qəlb qırmaq bir Kəbəni yerlə bir etmək deməkdir.
Hələ günah almaq, günahlandırmaq... Onu heç demirəm. O gün köməkçimlə sərt şəkildə mesajlaşanda onu çox incitdiyimi, qırdığımı dedi mənə. Ondan buna görə üzr istədim".
Qeyd edək ki, Gülbən Ərgən "Kandıramazsın beni", "Uçacaksın", "Süpriz" və s. kimi ifa etdiyi mahnılarla populyarlıq qazanıb.