Görkəmli musiqiçi 80 yaşında
19 iyun 2022 03:00 (UTC +04:00)

Görkəmli musiqiçi 80 yaşında

Görkəmli britaniyalı rok sənətçisi, musiqiçi və The Beatles qrupunun həmtəsisçisi Pol Makkartni  80 yaşını qeyd edib.

Lent.az vesti.az-a istinadən xəbər verri ki, bu münasibətlə vətəni Liverpulda məşhur Cavern Club gecə klubunun yerləşdiyi və Beatles qrupunun demək olar ki, 300 dəfə konsert verdiyi mərkəzi küçələrdən birinin adı bir həftə ərzində McCartney Street olaraq dəyişdirilib.

Həmçinin müvəqqəti olaraq şəhərdəki məşhur bingo zalının adı dəyişdirilib.

İndi həmin ərazi "Macca" adlandır ki, bu da məşhur musiqiçinin ləqəbi olub.

Ser Pol Makkartni özü əlamətdar tarixini Nyu-Yorkun kənarında - Şərqi Ruterfordda "MetLife" stadionunda konsert ilə qeyd etdi. 

Tədbirdə 60 min tamaşaçı iştirak edib.


 

# 2136
avatar

Oxşar yazılar