Müğənni Elnarə Xəlilova toyunda geyindiyi gəlinliyindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı “Söz baz” verilişində bildirib ki, zamanında geyindiyi libasa görə utanır: “İndiki ağlım olsaydı, belə gəlinlik geyinməzdim. Hərdən yoldaşıma deyirəm ki, o gəlinliyi mən geyinmişdim, bəs sən hara baxırdın? Qoymazdın məni elə geyinməyə”.
Qeyd edək ki, Rövşən adlı bəylə evli olan müğənninin 4 övladı var.