Müğənni Samir Piriyev maraqlı açıqlaması ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o toylarda fonoqram ifa edənlərin canlı oxuyan müğənnilərdən daha çox qazandığını deyib.
"İndi fonoqram oxuyanlar, yaxşı canlı ifa edənlərdən çox pul qazanır. Bu, bizim reallığımızdır. Kim istəyirsə incisin məndən. Düzünü deyirəm. Əsl sənətkarlar, illərlə təcrübəsi olanlar, konservatoriya, filarmoniya bitirənlərin hamısı qalıb bir kənarda".