Məşhur bloger Nastya İvleyevanın “çılpaq” gecəsindən sonra tənqidlərlə üzləşən və işsiz qalan Rusiyanın Xalq artisti Filipp Kirkorovun adı “Qızıl qrammofon” mükafatından silinsə də, o gözlənilmədən sözügedən tədbirdə səhnəyə çıxıb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Kirkorov karyerasındakı fasiləsini şərh edərək, “özünü ləğv etdiyini” söyləyib:
“Kimsə Kirkorovu “ləğv etdi”, yox mən özümü ləğv etdim. Özümdən sıxıldım, deməli, insanlar da məndən bezdi, bir az fasilə lazımdır”, - o bildirib.