Yanvarın 2-də müalicə aldığı xəstəxanada vəfat edən məşhur sənətçi Ferdi Tayfurun Marmarisdə dəniz kənarında yerləşən və son günlərini keçirdiyi evinin fotosu yayılıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, evdə bacısı və bacısı uşaqları ilə birlikdə son günlərini keçirən Ferdi Tayfur, dekabrın 15-də səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılmışdı.
Muğladakı müalicəsindən sonra Tayfur təcili yardım təyyarəsi ilə Medical Park Antalya Xəstəxanasına köçürülmüşdü. Burada müalicəsi davam etdirilən sənətçi, göstərilən bütün müdaxilələrə baxmayaraq, yanvarın 2-də dünyasını dəyişib.