Türk arabesk musiqisinin ustadı Ferdi Tayfurun vəfatından sonra sənətçinin illik 35 milyon lirə qonorar aldığı iddia edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ferdi Tayfurun MESAM-dan illik 35 milyon lirə müəllif hüququ ilə bağlı alırmış. Bu iddia sosial şəbəkələrdə də yayılıb. Rəcəb Ergül, "Acısı hələ çox yenidir, bu söz-söhbətlər ailəsini üzür" deyərək açıqlamalarına davam edib. Musiqi əsərləri sahibləri dərnəyinin (MESAM) sədri Rəcəb Ergülün sözlərinə görə, belə xəbərlər tamamilə əsassızdır. Bu cür yalan xəbərlərə inanmayın.