Dünya şöhrətli müğənni Şakira səhnədə rəqs edərkən pərəstişkarları onun ətəyinin altını lentə almağa çalışıblar. Müğənni buna qəzəblənərək səhnəni tərk edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 47 yaşlı müğənni Mayamidə səhnədə rəqs hərəkətlərini nümayiş etdirərkən, tamaşaçılar onu əsəbiləşdirib.
Müğənni bu şəkildə çəkilişlərin xoşuna gəlmədiyini deyərək rəqsə davam edib. Lakin sonra qəfil səhnəni tərk edib.
Pərəstişkarları sosial şəbəkədə görüntüləri izləyərək ona haqq qazandırıblar.