Bakıda yeniyeymə qız itkin düşüb.
Lent.az xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsində yaşayan 16 yaşlı Abuşova Jalə İnqilab qızı evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə polisə onunla eyni ünvanda yaşayan qohumu xəbər verib.
Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılır.