Əməkdar artist Elza Seyidcahan qalmaqallı şeirlərindən danışıb.
Lent.az xəbər verir ki, o, qatıldığı proqramda şeirlərinin dərsliklərə düşdüyünü deyib.
“Hətta imtahanlarda belə şeirimdən sual qoyulur. Bu yaxınlarda mənə zəng vurdular ki, imtahana getmişdik. İmtahanda sual olaraq mənim şeirim olub. Həmin sualı tapdım da. Yadımda qalmayıb hansı şeirdir. Şeirlərim dərsliklərə düşəcək. İstəyərdim "Əşyalar" şeirimi kitaba salsınlar".
Seyidcahan şeir kitabının nəşr olunan bütün nüsxəsinin satıldığını deyib: "Kitablarımdan qalmayıb. Oğlumun evinə gedib oradan oğurladım. Çünki özümdə belə yoxdur".