Təbriz azərbaycanlısı Ermənistanda döyülüb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız Azərbaycan türkü olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.
Məlumata görə, güneyli gənc sonda zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.