Kosta-Rika futbol çempionatının “Quanakaste” – “Puntarenas” oyununda (2:1) qeyri-adi hadisə baş verib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, 86-cı dəqiqədə gözlənilməz qonağın gəlməsinə görə oyun yarımçıq qalıb. Belə ki, opossum meydançaya girib. Heyvan bu yaxınlarda yağan yağışlar və daşqınlar nəticəsində ciddi zədələnmiş yerli stadionun qazonunda 40 saniyə vaxt sərf edib.
“Quanakaste”nin hücumçusu Stiven Uilyams heyvanı nəzakətlə meydandan kənara çıxarıb, bundan sonra oyun davam etdirilib. Maraqlıdır ki, iki dəqiqə sonra Uilyams komandasına qələbə gətirən həlledici qolu vurub.
37 yaşlı Kosta-Rikalı üçün bu qol onun cari mövsümdə ilk vurduğu qol olub.