Bəşəriyyət hələ üçüncü dünya müharibəsinə qərq olmayıb, lakin artıq əsl informasiya müharibəsi gedir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz son vaxtlar çox danışırıq ki, inşallah üçüncü dünya müharibəsi necə başlamaz, sadəcə olaraq bu dəhşətli hadisə ərəfəsindəyik. Amma şükür Allaha, bəşəriyyət nədənsə ləngiyir və bu üçüncü dünya müharibəsinə qərq olmayıb. Ancaq uzun müddətdir ki, informasiya müharibəsi gedir və təkcə qarşıdurma deyil, real informasiya müharibəsi bu, şübhəsizdir”, - Aleksandr Lukaşenko bildirib.