Əməkdar Yaqub Zurufçu
14 sentyabr 2021 10:21 (UTC +04:00)

Əməkdar Yaqub Zurufçu

Əməkdar artistin vəziyyəti DAHA DA AĞIRLAŞDI - Xanımı danışdı

Koronavirus olduğu üçün xəstəxanaya yerləşdirilən Əməkdar artist Yaqub Zurufçudan xəbər var. Lent.az-a açıqlama verən ifaçının həyat yoldaşı Aynur xanım bildirib ki, Y. Zurufçunun vəziyyətində irəliləyiş yoxdur:

“Koronovirus olduğu üçün xəstəxanaya yerləşdirilib. Böyrət çatışmazlığı var. Həkimlər Yaqub bəyin vəziyyətini stabil saxlamağa çalışsalar da, vəziyyəti ağırlaşır". 

Qeyd edək ki, "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Lent.az-a ötən gün bildirmişdi ki, Y.Zurufçunun vəziyyəti yaxşı deyil:

"Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur. Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".

# 7542
avatar

Yalçın UĞUR

Oxşar yazılar