Bir müddət əvvəl müğənni Nura Suri və bir çox müğənni həmkaları Xəyyamın bəzi müğənniləri toydan uzaqlaşdırdığını deyib.
Lent.az-ın xəbərinə görə Əməkdar artist Xəyyam Nisanov bəzi həmkarlarının onunla bağlı dediklərinə cavab verib.
"Deyirlər, Xəyyam toyda monopoliya yaradıb. Mən də bu cür sözlər eşidirəm. Öz işimlə məşğulam və bunu peşəkarcasına bilirəm. Toy müğənnisiyəm. Toyu idarə etməyi gözəl bacarıram. Böyük səhnədə, stadionda hələ ki bunu deyə bilmərəm. Çərçivəm var, orada özümü rahat hiss edirəm. Bir insanı istəməsələr onu hansısa toya salmaq olmaz. Necə deyə bilərsən ki, filankəs dostumdur gəlsin. İstəyərdim ki, məni musiqiçi adlandırsınlar, müğənni yox” deyə o söhbətlərə son qoyub.