Ebru Gündeş  dördüncü ərindən   niyə boşandı? - Səbəbi AÇIQLADI
26 sentyabr 2025 17:36 (UTC +04:00)

Ebru Gündeş dördüncü ərindən niyə boşandı? - Səbəbi AÇIQLADI

0

Türk musiqisinin qüdrətli səsi, səhnənin sevilən siması Ebru Gündeş bu evliliyində də xoşbəxtliyini tapa bilməyib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, tanınmış müğənni ötən il Dubayda ailə qurduğu iş adamı Murat Osman Özdemirdən boşanmaq qərarına gəldiyini sosial şəbəkədə açıqlayıb.

49 yaşlı Gündeş özündən 12 yaş kiçik Özdemirlə 2024-cü ilin fevral ayında evlənib. Cütlük münasibətlərini gizli saxlayıb və tez-tez boşanma şayiələri ilə üzləşib.

Daha əvvəl son aylarda intim fotolarını paylaşaraq ayrılıq xəbərlərini təkzib edən cütlük indi isə söz-söhbətləri təsdiqləyib.

“Fikir fərqliliyinə görə”

Ebru Gündeş sosial şəbəkədə bu sözləri paylaşıb:

"Böyük sevgi ilə qurduğumuz qısa ömürlü evliliyimizdən zamanla yaranan fikir ayrılıqlarına görə təəssüf ki, ayrılmaq qərarına gəldik”.

Ebru Gündeş, Murat Özdemir ile boşanma kararı aldı

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar