Amerikalı reper və prodüser Lil Con Kaliforniyada məsciddə müsəlman olub.
Lent.az-ın xəbərinə görə, bu barədə o, özü sosial şəəkə hesabında məlumat yayıb. Cümə namazından bir gün əvvəl Con Los-Ancelesdəki Kral Fəhad məscidinə gələrək izdihamın şahidliyi ilə İslamı seçdiyini bəyan edib.
Amerikalı reper məscid imamının göstərişi ilə şəhadəti əvvəlcə ərəb, sonra ingiliscə oxuyub.