Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş əməliyyat olunub.
Lent.az-ın xəbərinə görə, bu barədə Doğuş öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Xəstəxanadan görüntülərini paylaşan Doğuş bildirib ki, böyrəklərində üçüncü dəfə əməliyyat keçirilib. Onun böyrəyində mütəmadi olaraq kist yarandığına görə müntəzəm olaraq müayinə və müalicə kurslarından keçir.
Qeyd edək ki, Doğuş 2 həftə öncə yenidən İstanbulda karyerasına davam edəcəyini bildirmişdi.