İyunun 30-da son diaqnozu açıqlanan Xalq artisti Ağadadaş Ağayev Azərbaycana gəlib.
Lent.az-ın məlumatına görə, müğənni bu gün “Günün sədası” verilişində qonaq olub.
Qeyd edək ki, aparıcı Hacı Nuiran ötən gün A.Ağayevin xərçəng xəstəliyindən tam sağaldığını demişdi: "Axır ki, Ağayevlər ailəsi aylardan bəri ilk dəfə sevincdən ağladı. Çünki mənim qardaşım, dostum bu gün Vətənə qayıdır. Özü də sağlam, gümrah. Allahın köməkliyi ilə tibb elmi möcüzə yaratdı. Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində qardaşım sağaldı. Ağadadaş Ağayev də inanırdı ki, sağ-salamat qayıdacaq elinə, obasına".