Dado efirə çıxmaq üçün bu qədər qonorar istədi
03 may 2022 19:29 (UTC +04:00)

Dado efirə çıxmaq üçün bu qədər qonorar istədi

Reper Dado efirə çıxmaq üçün qonorar istəyir.

Lent.az "Şourum" proqramına istinadən xəbər verir ki, efirə dəvət alanda min manat qonorar istəyib:

"Mən 10,15 min istəməmişəm. Cibxərcliyi istəmişəm: min manat. Repçilərin qazancı çox deyil. Özümü ulduz hesab etmirəm ki, yüksək qonorar istəyim".

Dado telekanal rəhbərlərindən verilişlərə çıxmaq üçün pul istəyən digər sənət adamlarına da münasibət bildirib:

"Sən nə reytinq verirsən, nə işlərin var? İstəməyinə istə, kimdir o pulu verən? İş görür, desinlər gündəmdədir. Onda həmin adamın pul istəməyə haqqı var".

# 3690
avatar

Fidan İlqar

Oxşar yazılar