Açıq-saçıq şəkilləri ilə gündəm olan müğənni Mina Hüseyn “Ona qalsa” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı verilişdə bildirib ki, qardaşı onu sənətdə dəstəkləyir:
"Ailəm mənə hər zaman dəstək olur. 2 qardaşım var, onlar da məni dəstəkləyirlər. Çünki Avropada oxuyublar. Qardaşlarımın hər ikisi Maykıl Cekson heyranıdır. Dünya məşhurlarının konsertlərindən şəkillər göndərirlər ki, biz səni belə görmək istəyirik”.