“Survivor All Star” layihəsindən ötən günlərdə çıxmalı olan həmyerlimiz Pərviz Abdullayev İstanbula gəlib.
Lent.az-ın məlumatına görə, o, 4 ay sonra övladları ilə görüşüb.
Pərvizin oğulları ilə görüşünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Onu qarşılamağa keçmiş komanda yoldaşı Yunus Emre də hava limanına gəlib.
Qeyd edək ki, “Cobra” ləqəbli Pərviz ayağından ciddi zədə aldığı üçün yarışmanı tərk etmişdi.