İsraildə çəkisi 27 kiloya düşən 35 yaşlı model Karin Bauman vəfat edib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, onun ölüm səbəbi anoreksiya xəstəliyi göstərilir.
Uzun müddət anoreksiya ilə mübarizə aparan Karin 1 həftə öncə pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Karin 17 yaşında olarkən Parisdəki yüksək moda evlərindən birinə kastinqə gedib. Ona 4 kiloqram arıqlamaq tövsiyə olunub. Bundan sonra arıqlamağı qarşısına məqsəd qoymuş Karinin çəkisi 25 kiloya düşüb. O, anoreksiyadan sağalmağa çalışsa da, yalnız 2 kilo çəki ala bilib.
Böyrəkləri işləməyən və kənardan qoca qarıya oxşayan Karin uzun müddət yataq xəstəsi olub.