Cavidan Novruz  “Komedixana”dan getdi
29 aprel 2024 11:44 (UTC +04:00)

Cavidan Novruz “Komedixana”dan getdi

Tanınmış aktyor Cavidan Novruz “Komedixana” kollektivindən ayrıldığını bildirib.

 Lent.az-a müsahibə verən aktyor bunu işlərinin çoxluğu səbəbi ilə etdiyini bildirib.

“Düzünü desəm, bu kollektivlə o qədər yaxşı münasibətlərimiz var ki, ayrıldığımı hələ nə özüm, nə onlar qəbul edə bilmir. Hər şey yaxşıdır, dostluq münasibətlərimiz davam edir. Sadəcə işlərin çoxluğu belə tələb etdi. Komedixana mənə çox şey qazandırdı”, -  o qeyd edib.

 “Aktyor nə zamansa “Komedixana”ya qayıdacasınızmı?” sualının  cavabını  “Bunu zaman göstərər” şəklində verib.

Cavidan Novruzla müsahibəni “Lent.az” saytında bu gün izləyə biləcəksiniz.

# 37884
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar