Cavanlaşmaq üçün 120 min  xərclədi
28 fevral 2024 18:36 (UTC +04:00)

Cavanlaşmaq üçün 120 min xərclədi

Hollivud ulduzu Bred Pitt özünü cavanlaşdırıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, aktyor bunun üçün 120 min dollar ödəyib.

Pitt üz ovalını dartdırıb, gözaltı torbalarını əməliyyat etdirib. İndi 61 yaşlı aktyora 40 yaşdan çox vermək olmur.

Sosial şəbəkələrdə Bred Pittin oynadığı Benjamin Batton rolundakı kimi qocalmaq əvəzinə gəncləşdiyi yazılıb.

Qeyd edək ki, "Benjamin Battonun hekayəsi" bədii filmində onun qəhrəmanı qocalmaq əvəzinə gəncləşir.  

# 3207
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar