Bülent Ersoy studiyanı  dezinfeksiya   etdirdi
06 noyabr 2023 18:58 (UTC +04:00)

Bülent Ersoy studiyanı dezinfeksiya etdirdi

Türkiyəli məşhur müğənni Bülent Ersoy dünən efirə çıxmazdan öncə çəkiliş qrupuna çətin anlar yaşadıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hər zaman kaprizləri, böyük istəkləri, qalmaqalları ilə fərqlənən diva çıxış edəcəyi studiyanın və çəkiliş qrupundakı adamların hamısının dezinfeksiya olunmasını tələb edib.

O,tualetin təzələnməsini, yeni su kranları və unitazın qoyulmasını, onun girdiyi tualetə heç kimin girməməsini, veriliş bitib o studiyanı tərk edənə qədər dezinfeksiya olmuş adamların otaqdan çıxmamasını, otağa da  “natəmiz” adamların girməməsini əmr edib.

 Proqramda Cem Adriandan aldığı mahnını ifa edən Ersoy Şülşah Saracoğlunun əl işi olan möhtəşəm bir libas, bahalı daşlarla bəzədilmiş əlcəklərlə səhnəyə çıxıb.

Bülent Ersoyun bu halını tənqid edən tək adam isə müğənni Yılmaz Morgül olub.

O, şou proqramlardan birində Ersoyun özünə bu qədər münasibət tələb edib, ətrafındakıları əzməsini, alçatmasını insanlıqdan uzaq hərəkət adlandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5094
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07