Türkiyəli müğənni Bülent Ersoy qatıldığı proqramlardan birində “Yalı çapkını” serialının baş qəhrəmanı Ferit rolunu canlandıran Mert Ramazan barədə danışıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Bülent Ersoy serialın əvvəllər daha maraqlı süjet xəttinə malik olduğunu, indi tamaşaçılarını itirdiyini bildirib.
“Mert Ramazan gündə birinə aşiq olur. İndi də arvadını deyil, başqa bir xanımı hamilə buraxıb? Tərbiyəsiz. O mavi gözlü sevgilinə yazığın gəlmədi? Onun törətdiyi əməllər mini aşdı. Ayıb olsun ona”, - o, qəzəblənib.