Amerikalı müğənni Britni Spirs Los-Ancelesdəki restoranlardan birində qalmaqal yaradıb.
Lent.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Woodland Hillsdəki JOEY restoranında nahar edənlər Britni Spirsin əsəb böhranı keçirdiyinin şahidi olublar.
Bildirilir ki, 41 yaşlı müğənni restoranda qonaqlar onu tanımasından narazı olub və telefonlarına çəkiliş aparmağa başlayıb. Bir anda Britni o qədər əsəbiləşdi ki, qışqırmağa və menyuları yelləməyə başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, onun davranışı və nitqi isə tamamilə uyğunsuz olub, söyüş söyüb. Sem Əsgəri həyat yoldaşının isteriyasına dözməyib və restorandan qaçıb, bundan sonra Britni özü onun yanına gedib. Daha sonra cütlüyün cangüdəni müəssisəyə qayıdıb və hesabı ödəyib.