Reanimasiyaya yerləşdirilən bloqer Asya Aslanovanın son vəziyyəti açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə onun dostu bloqer Ramal İsayev məlumat yayıb.
O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni-tənəffüs aparatına qoşulub:
“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.
Qeyd edək ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. O, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.