Bilal Əliyev Məleykə Əsədovaya niyə yalvarıb?
18 noyabr 2024 18:50 (UTC +04:00)

Bilal Əliyev Məleykə Əsədovaya niyə yalvarıb?

Xalq artisti Bilal Əliyev həmkarı Məleykə Əsədova ilə bağlı maraqlı açıqlama verib.

Lent.az xəbər verir ki, müğənni qonaq olduğu verilişdə aktrisanın onun qohumu ilə ailə qurduğunu deyib. 

"Məleykə xanımın anası ilə yaxın dost idik. O istəyirdi Məleykə ailə qursun. Məleykə isə evlənmək istəmirdi. Axırda anası mənə dedi, sənin sözünü yerə salmaz. Gəldim Məleykəyə yalvardım. İş elə gətirdi ki, Məleykə bizim qoxumla ailə qurdu. İndi onun övladı Gülər mənim qohumum Muradın qızıdır" - Bilal Əliyev qeyd edib.

Məleykə Əsədova illər əvvəl ailə qursa da, az müddətdən sonra ərindən ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2532
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar