Müğənni Nura Surinin oğlu Xosrov qəzaya düşüb.
Lent.az “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə bir neçə gün əvvəl ABŞ-ın Kaliforniya ştatının Beykersfild şəhərində baş verib.
O, San-Fransiskodan Los-Ancelesə gələrkən qəza törədib. Belə ki, dostunun avtomobilinin sükanı arxasında əyləşən 25 yaşlı Xosrov idarəetməni itirib, nəticədə maşın beş dəfə dövrə vurub. Qəza zamanı onun ağciyəri zədələnib, beyin travması alıb. Həkimlərin səyi nəticəsində sənətçinin oğlunun həyatını xilas etmək mümkün olub.
N. Suri məlumatı təsdiqləyib. İfaçı övladının möcüzəvi şəkildə həyatda qaldığını bildirib: “Bir ay dincəlməlidir. Şükürlər olsun, həkimlər vaxtında müdaxilə edib. Allah onu qoruyub. Hazırda vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-da yaşayır. O, “Amazon” şirkəti ilə əməkdaşlıq edib. Hazırda peşəkar kikboksinqlə məşğuldur, eyni zamanda “Delivery guys” şirkətinin rəhbəridir.

Azərbaycanlı müğənninin oğlu ölümdən döndü - VİDEO
Oxşar yazılar

Donald Trampla düşmən olan Teylor Svift evlənir
27 avqust 2025 , 18:05
Britni Spirsdən son evliliyi ilə bağlı təəccüblü ETİRAFLAR
27 avqust 2025 , 15:42
Hande Erçel sevgilisindən ayrılıb? - İDDİA
27 avqust 2025 , 12:02
Varlı ailələrdən çıxan MƏŞHURLAR
27 avqust 2025 , 10:50
Nəsrin Cavadzadə yeni sevgilisi ilə
26 avqust 2025 , 10:15
Sevgi yolunda qurban qadınlar - Alen Delonun 3 məhəbbəti
26 avqust 2025 , 09:24
Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 , 16:46