Xalq artisti Brilliant Dadaşovanın bacısı, müğənni Lalə Dadaşova əməliyyat olunacaq.
Lent.az-ın məlumatına görə, o bu barədə “Elgizlə izlə” verilişində deyilib. İfaçı plastik əməliyyat etdirmək üçün verilişə müraciət edib. Onun sözlərinə görə, mikro infarkt keçirib və sifətində əyriliklər yaranıb.
Qeyd edək ki, L.Dadaşova göz qapaqlarında əməliyyat etdirəcək və üzünün bəzi yerlərinə dolğu vurduracaq.