Azərbaycanlı məşhurlar səfirliyimizdəki terrorla bağlı  NƏLƏR SÖYLƏDİLƏR?
27 yanvar 2023 18:22 (UTC +04:00)

Azərbaycanlı məşhurlar səfirliyimizdəki terrorla bağlı NƏLƏR SÖYLƏDİLƏR?

İranın paytaxtı Tehranda Azərbaycan səfirliyində baş verən terror çoxlarını kədərləndirib. İstər azərbaycanlı məşhurlar, istərsə də ictimaiyyət nümayəndələri bu hadisəyə səssiz qala bilməyənlər arasındadırlar. 

Lent.az xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova terror hadisəsinin görüntülərini paylaşaraq qəzəbini bildirob: 

"Bu gün xaincəsinə İrandakı Azərbaycan səfirliyinə hücum edilib. Əlləriniz qırılar, İnşallah. Silahlı şərəfsizin üstünə əliyalın cuman Azərbaycan igidi!”.

Xalq artisti Röya Ayxan isə silahlı hücumda həyatını itirən şəxslə bağlı başsağlığı mesajı verib:

"Bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan Orxan Əsgərova Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".

Müğənni Günel Zeynalova da hadisəyə reaksiya bildirənlərdəndir. "Günahsız qadınlarınızı, millətinizi, ölkənizi məhv etdiniz. İndi də düşmənliyə də duzmu basırsınız? Heç bir cinayət cəzasız qalmaz", - o yazıb.

Xalq artistləri Tünzalə Ağayeva, Miri Yusif, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Damla, Roza Zərgərli, rəqqasə Fatimə Fətəliyeva, aktyor Şəhriyar Əbilov və başqaları hadisəyə reaksiya veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3366
avatar

Nigar Namiq

Oxşar yazılar